“Rus sektorunun bağlamaq lazımdır” bağıran adamlar desin, kim feysbukda indi daha çox xeyir gətirir?
Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış kinorejissor Ayaz Salayev öz feysbuk profilində paylaşıb.
Zamanında rus dilində təhsil almağımız illər sonra apardığımız informasiya müharibəsində bizə çox xeyir gətirib və Ayaz Salayev də bundan bir rusdilli kimi çox yaxşı xəbərdardır. Lakin heç bir halda əldə edilən uğurların miqyası qarşı tərəfi “bağırmaq”da ittiham etməyi şərtləndirmir.
Bu illər ərzində dəfələrlə rus bölmələrinin bağlanması üçün edilən müraciətlər cəmiyyətdə səslənib. İrəli sürülən təklifi, hətta o qəbul olunmayacaq olsa belə “bağırmaq” ifadəsi ilə eyniləşdirmək ən azından ciddi üslub xətasıdır.
Ayaz Salayevin rus sektorunu müdafə edərkən Azərbaycan dilinin qayda-qanunlarına da dərindən yiyələnməsi pis olmazdı.
Bizim.Media