“Şəhid ailələri və qazilərin problemlərinin həlli dövlətimizin əsas prioritetlərdən biridir. Buna müvafiq olaraq, sözügedən kateqoriyadan olan şəxslərin evlə təmin olunurlar”
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əziz Ələkbərli səsləndirib.
“Lakin regionlarda şəhid ailələrinə evlər tikilsə də həmin evlərə çıxarışların verilməsi aidiyyəti qurumlar tərəfindən uzadılır. Belə olan halda isə “Azərişıq” və “Azəriqaz” həmin evləri qaz, işıqla təmin edə bilmir.
Soyuqların düşdüyü vaxtda bu məsələnin nə qədər əhəmiyyətli olduğu hamıya bəllidir. Eyni zamanda bölgələrimizdə əksər evlərin çıxarışlarının olmadığı da məlumdur. Yeni layihəyə əsasən, həmin evlərə də kommunal xətlərin çəkilməsində problemlər yaranacaq. Ona görə də, bu qanundan kənar olsa belə, şəhid ailələrinə və qazilərə bu istiqamətdə imkanların yaradılmasını vacib hesab edirəm”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:59 / 02.12.2022
“Şəhid ailələrinə tikilən evlərə çıxarışların verilməsi uzadılır” – Deputat
Hazırda oxunan: “Şəhid ailələrinə tikilən evlərə çıxarışların verilməsi uzadılır” – Deputat
Hazırda oxunan: “Şəhid ailələrinə tikilən evlərə çıxarışların verilməsi uzadılır” – Deputat
107486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.