Daşkəsəndə gəlinini qətlə yetirən qayınata MƏHKƏMƏ QARŞISINDA 

Daşkəsəndə gəlinini qətlə yetirən qayınata MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Daşkəsəndə gəlinini qətlə yetirən qayınata MƏHKƏMƏ QARŞISINDA 

107464

Daşkəsəndə gəlinini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib. 

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib. 

Belə ki, 22.08.2022-ci il tarixdə Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 

İstintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin qayınatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürüb. 

Məhəmmədəli Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO