Piyada keçidindən boruları oğurlamaq istəyənlər SAXLANILDI

Piyada keçidindən boruları oğurlamaq istəyənlər SAXLANILDI

Hazırda oxunan: Piyada keçidindən boruları oğurlamaq istəyənlər SAXLANILDI

107437

Yerüstü piyada keçidinin metal borularını kəsərək oğurlamağa cəhd göstərənlər saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, dekabrın 1-də saat 22 radələrində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin metal dekorativ borularını kəsərək oğurlamağa cəhd göstərən iki nəfər ərazidə xidmət aparan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
Onların Füzuli rayon sakini Adəm Şükürov və Şirvan şəhər sakini Məhərrəm Səfərov olmaları məlum olub. Saxlanılanlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil veriliblər. 

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO