Gəncədə tələbələr arasında kütləvi dava ilə bağlı DİN açıqlama verib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlama verib:
MÖVZU İLƏ BAĞLI:
Gəncədə tələbələr arasında KÜTLƏVİ DAVA – ANBAAN VİDEO
"Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında futzal yarışı keçirilib. Bu zaman oyunçular arasında mübahisə və sıxlıq yaranıb.
Sözügedən video ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb, lakin buna baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları videodakı tələblərlə söhbət aparıb”.
DİN rəsmisinin sözlərinə görə, araşdırma zamanı davada iştirak edənlər arasında hər hansı xəsarətin olmadığı məlum olub.
Araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu