Yevlaxda iki \

Yevlaxda iki \"KamAZ\" maşını toqquşdu – Yerə dağılan yük yolda hərəkəti məhdudlaşdırdı - FOTO 

Hazırda oxunan: Yevlaxda iki \"KamAZ\" maşını toqquşdu – Yerə dağılan yük yolda hərəkəti məhdudlaşdırdı - FOTO 

107368

Yevlaxda baş verən qəza səbəbindən magistral yolda hərəkət məhdudlaşıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlax rayonu Aran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, Bakı istiqamətində hərəkətdə olan iki yük maşının toqquşması zamanı, onlardan biri idarəetməni itirərək aşıb.  

Nəticədə "KamAZ"ın daşıdığı yük yola dağılıb. Yükün yola dağılması magistralda avtomobillərin hərəkətində bir müddət çətinlik yaradıb. 

Hadisə yerinə iri texnikalar cəlb edilərək, yük maşını ərazidən götürülüb.  

Faktla bağlı araşdırma başladılıb.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO