“Azərişıq” 3 uşağın yaşadığı evin işığını TƏMİN ETDİ – “Azəriqaz” isə “borcu silə bilmərəm” DEYİR

“Azərişıq” 3 uşağın yaşadığı evin işığını TƏMİN ETDİ – “Azəriqaz” isə “borcu silə bilmərəm” DEYİR

Hazırda oxunan: “Azərişıq” 3 uşağın yaşadığı evin işığını TƏMİN ETDİ – “Azəriqaz” isə “borcu silə bilmərəm” DEYİR

107355

Valideynləri vəfat etmiş 3 uşağın çətin durumda yaşaması haqda məlumat vermişdik. Həmçinin 2 qardaş və 1 bacının yaşadığı evin qaranlığa qərq olunmuş görüntülərini təqdim etmişdik. Üstəlik “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sözügedən evin işığının və qazının kəsildiyini qeyd etmişdik. 

Məsələ ilə bağlı "Azərişıq" ASC dərhal məsələni nəzarətə götürüb və uşaqların yaşadığı ev elektrik enerjisi ilə təmin edilib.  Bu barədə Bizim.Media-ya qurumdan bildirilib.  

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev isə saytımıza açıqlamasında sözügedən evdə qaza olan borcun silinməsinin mümkünsüzlüyünü qeyd edib: 

“Qaza olan borcu silə bilmirik. Dövlətin pulu olduğu üçün belə bir səlahiyyətimiz yoxdur. Borc sistemə oturur və ona nəzarət edən bütün qurumlar bunu görür. Ən yaxşı halda, o borcun hissə-hissə ödənişini təmin etməkdir”. 

Qeyd edək ki, ata-anaları vəfat edən uşaqlardan yalnız böyük qardaş daş karxanasında işləyib, pul qazanırmış. Digərləri azyaşlıdır.

Artıq böyük qardaşın iş yeri bağlanıb və dolanışıqları çətinləşib. Hazırda ailənin heç bir yerdən gəliri yoxdur.  

Kimsəsiz uşaqların yaşadığı ev Hövsan qəsəbəsi “Zeytun bağları” deyilən ərazidə yerləşir.   

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO