Bakıda 20 yaşlı hamilə qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

Bakıda 20 yaşlı hamilə qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Bakıda 20 yaşlı hamilə qadının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

107336

TƏBİB 5 aylıq hamilə qadının ölümü ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, məlumatda Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olduğu bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Binəqədidə gənc hamilə qadın öldü


Qeyd olunur ki, briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb.

Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki,  hadisə Binəqədi rayonu II Mədən, Korpus 71, ev 1 ünvanında qeydə alınıb. 2002-ci il təvəllüdlü Nəzrin Həsənova hamiləliklə əlaqədar qanaxmaya düşərək ölüb. Onun 5 aylıq hamilə olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO