İnsanların həyatı və ölümü Allahın iradəsindən kənarda necə idarə olunur? - DƏHŞƏTLİ FAKTLAR

İnsanların həyatı və ölümü Allahın iradəsindən kənarda necə idarə olunur? - DƏHŞƏTLİ FAKTLAR

Hazırda oxunan: İnsanların həyatı və ölümü Allahın iradəsindən kənarda necə idarə olunur? - DƏHŞƏTLİ FAKTLAR

107314

“Facebook” və “Instagram”ın sahibi olan Meta şirkəti son qərarı ilə bütün dünyanı heyrətləndirdi.

Söhbət şirkət rəhbərliyinin Ukraynadakı müharibəyə görə ruslara qarşı irəli sürdüyü tezislərdir. Həmin tezislərdə “Facebook” və “Instagram” istifadəçilərini ikiyə bölən şirkət rəhbərliyi kimlərin rusları ən kobud şəkildə söyməsinə, kimlərinsə söyə bilməyəcəyini müəyyən edib. 

Hansı ölkələrin vətəndaşları “Facebook” və “Instagram” da  rusları +18 söyə bilər?

Şirkət, ənənəvi nifrət  siyasətini dəyişdirərək, bir sıra ölkələrdə bu sosial şəbəkələrin istifadəçilərinə Ukraynada xüsusi əməliyyatda iştirak edən ruslara qarşı zorakılıq çağırışlarına icazə verib.
İcazə verilən ölkələr bunlardır: Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukrayna. Yəni bu ölkələrin vətəndaşları “Facebook” və “Instagram”səhifəsində Rusiyanı və onun liderlərini +18 səviyyəsində təhqir edə bilər.

Amma, adı bu siyahıya salınmayan digər ölkələrin vətəndaşı “Facebook” və “Instagram” səhifəsində rusları söyüb, təhqir edərsə, onda onların səhifələri bloklanacaq.

Meta şirkətinin hiyləsi nədir?

Təbii, Meta şirkətinin bu addımı Qərbdə bir mənalı qarşılanmadı. Bunu ekspertlər söz azadlığını boğmaq kimi dəyərləndirdilər. Təkcə bumu?

Məsələyə qlobal yanaşanda maraqlı məqamlar üzə çıxır:

Birincisi, Meta şirkəti çox böyük və qorxunc iddiasını ortaya qoyub. Bu da ondan ibarətdir ki, şirkət insanları idarə etməyi açıq hədəfə alıb.Yəni, Allahlıq eşqinə düşüb. 

İkincisi, şirkət ortaya siyasi iradə qoyur. O, dünyanın yeni xəritəsini cızır. Hansı ölkənin vətəndaşına nəyi danışıb danışmayacağına, hətta fikirlərinə belə müdaxilə edir.

Üçüncüsü, dünya ölkələri kateqoriyaya bölünür. Hansı ölkənin vətəndaşına söyüş söymək ixtiyarı hansısa şirkət müəyyən edilir. 

Dördüncüsü, söyüş söymək ixtiyarı verilən ölkələrsə nə yazıq ki, keçmiş sosialist  dövlətləridir. Bu da onu göstərir ki, özlərini “ağ adam” sayan Meta şirkətinin rəhbərləri bəzi ölkələrinin vətəndaşlarını ikinci, üçüncü sort insanlara bölürlər. Meta söyüş söymək ixtiyarı verdiyi ölkələrə sanki test edir. Gələcəkdə onların hansı ilə yola çıxa biləcəyi şanslarını yoxlayır. Hələliksə, adı çəkilən ölkələr Meta üçün etibarlı tərəfdaş deyil.

Bu cür yanaşma isə heç cür qəbul oluna bilməz. Baxmayaraq ki, bu cür yanaşmalarda Allahın qüdrətinə müdaxilə elementləri açıq-aydın görünür.

Bizim razılaşıb-razılaşmamağımızdan asılı olmayaraq  artıq 2022-ci ildə Meta millətlər və dövlətlərüstü gücdür, tək bir şəxsin idarə etdiyi bir imperiyadır. O, seçicilərə təsir edir, nəyə icazə verildiyini və nəyin qadağan olunduğunu müəyyənləşdirir.
Ən dəhşətlisi də odur ki, şirkət həm də pozğunlar və kəmsavadlar üçün görüş yeri müəyyən edir. Və bu yüz milyonlarla insanı  çox asanlıqla idarə edir. Ağ Ev, Kreml, Yelisey Sarayı, Bundestaq və digər siyasi iqamətgahlarda dünyanı yenidən bölüşdürmək üçün gecə-gündüz planlar cızıldığı halda “Facebook” və “Instagram” və digər bu kimi sosial platformalar çox sürətlə dünyanı fəth edir.

Bu gün Çin də 1.5 milyarda yaxın adamı kommunistlər, ABŞ-da 250 milyon insanı demokratlar güclə idarə etdikləri halda Meta şirkəti ən azından 5-6 milyard insanı idarə edir. 

Sizcə, bu normaldırmı? Sizcə bütün sosial platformalar təkcə maliyyə imperiyalarıdırmı?

Yüz faiz əminliklə deyə bilərik ki, XEYR!  Bu platformalar kainatı idarəetmək, daha dəqiq desək, Allahlıq iddiasıdır. Təəssüf...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO