“Azərişıq” və “Azəriqaz” 3 yetim uşağı qaranlıq, soyuqda buraxdı - VİDEO

“Azərişıq” və “Azəriqaz” 3 yetim uşağı qaranlıq, soyuqda buraxdı - VİDEO

Hazırda oxunan: “Azərişıq” və “Azəriqaz” 3 yetim uşağı qaranlıq, soyuqda buraxdı - VİDEO

107293

Valideynləri vəfat etmiş 3 uşaq ölümə tərk edilib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkədə ictimai fəal Əziz Məmiyev 2 qardaş və 1 bacının yaşadığı evin qaranlığa qərq olunmuş görüntülərini paylaşıb.

O, paylaşımında bu sözləri qeyd edib:

“Ata-anaları vəfat edən uşaqlardan yalnız böyük qardaş daş karxanasında işləyib, pul qazanırmış. Digərləri azyaşlıdır. Böyük qardaşın iş yeri bağlandığından, uşaqlar çarəsiz durumdadırlar. Üstəlik “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi evin işığını və qazını kəsib. Azyaşlılar qardaşları gəlincə, qurumlara qazın və işığın kəsilməməsini rica etsələr də, qarşı tərəf buna məhəl qoymayıb”. 

Əziz Məmiyev həmçinin bildirib ki, kimsəsiz uşqların yaşadığı ev Hövsan qəsəbəsi “Zeytun bağları” deyilən ərazidə yerləşir.  

Məsələ ilə bağlı rəsmi qurumlardan cavab ala bilmədik. Araşdırmamız davam edir, ittiham edilən tərəflərin fikrini dərc etməyə hazırıq.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO