Cari ilin noyabr ayında 2 nəfər Şirvan şəhər sakini Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Onlar şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istəyiblər. Lakin təqaüd kartlarında pul olmadığını görüblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu yayıb.
Müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Cavidan Məlikov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı onun zərərçəkənlərin, ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib.
Faktla bağlı C.Məlikov barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları C.Məlikovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:15 / 01.12.2022
Şirvanda vətəndaşların kartlarından pul oğurlayan şəxs TUTULDU
Hazırda oxunan: Şirvanda vətəndaşların kartlarından pul oğurlayan şəxs TUTULDU
Hazırda oxunan: Şirvanda vətəndaşların kartlarından pul oğurlayan şəxs TUTULDU
107231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.