Gəncədə maşın aşıb - Yaralılar var 

Gəncədə maşın aşıb - Yaralılar var 

Hazırda oxunan: Gəncədə maşın aşıb - Yaralılar var 

107211

Gəncədə maşın aşıb, iki nəfər xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 2002-ci il təvəllüdlü Elmir Məhərrəmov və 1984-cü il təvəllüdlü Asif Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO