Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni AGENTLİK yaradıldı  

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni AGENTLİK yaradıldı  

Hazırda oxunan: Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni AGENTLİK yaradıldı  

107161

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsinin Nizamnaməsi”ni təsdiq edib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

"Goranboy şəhərinin 2039-cu ilədək inkişafına dair Baş planı” TƏSDİQ EDİLDİ


Qərar “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin 27 aprel 2022-ci il tarixli fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib. 

Nizamnaməyə əsasən, Agentliyin nizamnamə fondu 872 852 manatdır.  

Qurumun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO