Şəmkirdə elektrik stansiyasında yanğın: Ərazi işıqsız qaldı - FOTO

Şəmkirdə elektrik stansiyasında yanğın: Ərazi işıqsız qaldı - FOTO

Hazırda oxunan: Şəmkirdə elektrik stansiyasında yanğın: Ərazi işıqsız qaldı - FOTO

107072

Şəmkir rayonunda yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına  görə, hadisə rayonun Dəllərcəyir elektrik yarım stansiyasında qeydə alınıb. 

“Azərişıq” ASC-yə məxsus Dəllərcəyir Yarım stansiyasında transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğın söndürən avtomobilləri cəlb olunub. 

Onların köməkliyi ilə yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Stansiyanın xidmət göstərdiyi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO