Göygöldə dumanlı hava qəzaya səbəb oldu – 4 nəfər xəsarət alıb

Göygöldə dumanlı hava qəzaya səbəb oldu – 4 nəfər xəsarət alıb

Hazırda oxunan: Göygöldə dumanlı hava qəzaya səbəb oldu – 4 nəfər xəsarət alıb

107026

Bakı-Qazax magistralının Göygöl rayonundan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun  Balçılı kəndində qeydə alınıb. Hərəkətdə olan iki  "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.  

1992-ci il təvəllüdlü N.Musayeva, 1967-ci il təvəllüdlü X.Əmiraslanov, 1969-cu il təvəllüdlü A.Musayeva və 1973-cü il təvəllüdlü Z.Əmiraslanova xəstəxanaya yerləşdiriliblər. 

İlkin versiyaya görə , hadisəyə dumanlı hava şəraiti səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO