İcra başçıları bələdiyyələri niyə SIXIŞDIRIR? – “Onlar torpaqları özbaşına sata bilməzlər”

İcra başçıları bələdiyyələri niyə SIXIŞDIRIR? – “Onlar torpaqları özbaşına sata bilməzlər”

Hazırda oxunan: İcra başçıları bələdiyyələri niyə SIXIŞDIRIR? – “Onlar torpaqları özbaşına sata bilməzlər”

106952

“İcra Hakimiyyəti başçıları bələdiyyələrə qarşı səlib yürüşünə başlayıblar”. Bu iddia ilə “Bələdiyələrin fəaliyyətinin təbliği” ictimai birliyin sədri Vüqar Tofiqli çıxış edib.

“Bəzi icra başçılarının özlərini rayonun siyasi rəhbəri kimi deyil, “ağası” kimi aparması, hətta bələdiyyəni özünə aid obyektdə fəaliyyət göstərməsini, bütün məclislərin və tədbirlərin məhz başçıya məxsus “Şadlıq evi”ndə keçirlməsinin tələb etmələri adi hala çevrilib.

Son üç ilə yaxın bir müddətdə bələdiyyələrdə baş vermiş sədr dəyişikliyi ilə bağlı statistikanı nəzərdən keçirsək görərik ki, icra başçısının əmrini yerinə yetirməyən bələdiyyə sədri dərhal bu şəkildə cəzalandırılıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bələdiyyə məktəbi yaratmaq mümkündürmü? – Ekspertin CAVABI


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən birlik sədri bildirir ki, qeyd etdiyi problemlərin həlli məsələyə kompleks yanaşmadan keçir:

“Rayon icra başçılarının bələdiyyələrə olan bu sayaq münasibəti əsasən qısqanclıqdan, bir sıra səlahiyyətləri bələdiyyələrə vermək istəməmələrindən qaynaqlanır. Müstəqillik dövrünün ilk illərində yaranan yerli icra strukturlarında müəyyən boşluq və yanlışlıqlara yol verilməsi də belə vəziyyətin yaranmasına gətirib çıxarıb.

Bunu Prezident sahibkarlar qarşısında çıxışında da vurğulayıb. Prezident onu da söyləyib ki, artıq regional idarəçiliyə keçid prosesinə başlanılır. Amma bələdiyyələrinin qarşılaşdığı problemləri tək bir proseslə həll etmək mümkün deyil. Çünki onların qarşılaşdığı problemlər çoxşaxəlidir. Ona görə də bu problemlərin həlli kompleks yanaşma tələb edir. Bu səbəbdən regional idarəetmənin həyata keçirilməsilə yanaşı, qanunvericilikdəki boşluqlar aradan qaldırılmalı, səlahiyyət bölgüsü müəyyən olunmalıdır”. 

Bələdiyyələrin özbaşına hərəkətləri, torpaqları sağa-sola satmalarına gəldikdə isə V.Tofiqli həmin məqamı etiraf etsə də bildirir ki, belə qanunsuzluqları özünüidarə orqanları özbaşına etmir:

“Bələdiyyələr özbaşına torpaq sata bilmir. Həm qanunvericilik baxımından, həm də defakto onlar özbaşına torpaq sata bilməz. Çünki bunun üçün ilk növbədə rəy alınmalıdır. Bələdiyyə ondan ötrü 18 yerdən rəy alır.
Deməli, torpaqların sağa-sola satılmasında tək bələdiyyəni günahlandırmaq doğru deyil. Burada bələdiyyələrlə yanaşı, prosesə imkan verən bütün digər qurumlar da günahkardır. Başqa bir tərəfdən, bəzi bələdiyyələrin qanundan kənar fəaliyyətində onlara səs verən seçicilərin də günahı vardır. Amma bələdiyyələr hazırda əvvəlki dövrdən fərqli olaraq vergi hesabatlarını verir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO