Azad edilmiş ərazilərin rezidentləri bu rüsumlardan AZAD EDİLƏCƏK

Azad edilmiş ərazilərin rezidentləri bu rüsumlardan AZAD EDİLƏCƏK

Hazırda oxunan: Azad edilmiş ərazilərin rezidentləri bu rüsumlardan AZAD EDİLƏCƏK

106945

Azad edilmiş ərazilərin rezidentləri üçün xammal idxalı gömrük rüsumlarından azad edilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.
Həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO