Gəncə İH-nin qarşısında insident iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA 

Gəncə İH-nin qarşısında insident iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA 

Hazırda oxunan: Gəncə İH-nin qarşısında insident iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA 

106919

Noyabrın 29-da bir qrup şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək həmin şəxslərlə profilaktiki söhbət aparıb.

Onlara İcra Hakimiyyəti rəhbərliyinin qəbul qaydaları xatırladılıb.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər polislə hər hansı bir mübahisə və ya münaqişə yaşamadan ərazini tərk ediblər:

"Əraziyə gələn vətəndaşlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman, polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya yola salıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO