“ADR heç bir siyasi təşkilatla birləşmək niyyətində deyil”x9d
Bunu apa-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini Vurğun Əyyub Razi Nurullayevin sədri olduğu AXCP-nin ADR-lə birləşəcəyi barədə iddialara münasibət bildirərkən deyib.
V.Əyyub bildirib ki, ADR-in hansısa qüvvə ilə birləşməsi gələcəkdə də ehtimal olunmur: “ADR heç bir siyasi təşkilatla birləşmək niyyətində deyil. Bizə belə bir təklif daxil olmayıb. Belə bir təklif olarsa, ADR-in hansısa qüvvə ilə birləşəcəyinə də inanmıram”x9d.
































































































