Qida obyektlərində Qida Təhlükəsizliyi Reyestrindən çıxarışla bağlı dövlət rüsumu dəyişdirilir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və parlamentə tövsiyə edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi ilə bağlı 150 manat dövlət rüsumu təyin edilir.
Həmçinin, qida obyektlərinin təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə göstərilən hərəkətlərə görə qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərindən, habelə bələdiyyə və dövlət orqanlarından (qurumlarından) dövlət rüsumu tutulmayacaq.
Qüvvədə olan qanuna görə yalnız qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 25 manat dövlət rüsumu ödənilir.
Eyni zamanda qüvvədə olan qanuna əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:
- reyestrdən çıxarışın verilməsi - 150 manat;
- reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;
- reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat rüsum nəzərdə tutulur. Yeni qanun layihəsində bu rüsumların ləğvi təklif edilir.
Bizim.Media
![Qida obyektləri işlədənlərin NƏZƏRİNƏ: 150 manat dövlət rüsumu təyin edildi Qida obyektləri işlədənlərin NƏZƏRİNƏ: 150 manat dövlət rüsumu təyin edildi](https://bizim.media/file/articles/2022/11/28/1669646073_1668059424_mirzoyan.jpg)
- A-
- A
- A+
Cəmiyyət
18:33 / 28.11.2022
Qida obyektləri işlədənlərin NƏZƏRİNƏ: 150 manat dövlət rüsumu təyin edildi
Hazırda oxunan: Qida obyektləri işlədənlərin NƏZƏRİNƏ: 150 manat dövlət rüsumu təyin edildi
Hazırda oxunan: Qida obyektləri işlədənlərin NƏZƏRİNƏ: 150 manat dövlət rüsumu təyin edildi
106775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.