Daha 4 şəhid ailəsinin əməliyyat xərcləri qarşılanıb – “YAŞAT” Fondu

Daha 4 şəhid ailəsinin əməliyyat xərcləri qarşılanıb – “YAŞAT” Fondu

Hazırda oxunan: Daha 4 şəhid ailəsinin əməliyyat xərcləri qarşılanıb – “YAŞAT” Fondu

10673

“YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

Şəhidimiz Şamil Hüseynlinin atası Novruz Hüseynovun, şəhidimiz Cəsarət Səfərovun anası Nuriyyə Səfərovanın, şəhidimiz Məhəmməd Səmədovun qardaşı Bəylər Səmədovun, şəhidimiz Zəbiyulla Məmmədovun anası Aynurə Məmmədovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb. 

Bu barədə Bizim.Media-ya Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

“YAŞAT” Fondu 3 şəhid ailəsinin əməliyyat xərclərini qarşılayacaq - FOTO


Şəhid ailələrinin müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO