Türkiyənin Antalya şəhərində keçirilən şirniyyat sərgisində Şəkinin şirniyyat evinin nümayəndələri ölkəmizi uğurla təmsil edib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna şirniyyat evindən məlumat verib.
Şəki qənnadçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və digər milli şirniyyat nümunələrini iştirakçılara sərgiləyiblər.
Antalya bələdiyyə başçısı da festivalda iştirakı zamanı Şəki şirniyyatları sərgilənən guşəni yüksək qiymətləndirib.
Onun marağını cəlb edən məqam isə Azərbaycan-Türkiyə bayraqlarının əks olunduğu və üzərində “Bir millər, iki dövlət” sözləri yazılan halva nümunəsi olub.
Sonda təqdim olunan şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndirilib və şirniyyatçılar Antalya şəhər bələdiyyəsinin xüsusi mükafatına layiq görülüblər.
Tural Rasim oğlu, Bizim.Media Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:37 / 26.11.2022
Şəki şirniyyatları Türkiyədə MÜKAFATLANDIRILDI - FOTO
Hazırda oxunan: Şəki şirniyyatları Türkiyədə MÜKAFATLANDIRILDI - FOTO
Hazırda oxunan: Şəki şirniyyatları Türkiyədə MÜKAFATLANDIRILDI - FOTO
106428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.