“İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramında maraqlı anlar yaşanıb.
Dadaş Dadaşlinskinin qəbuluna düşə bilməyən Əziz Əliyev məmurlardan biri ilə telefon danışığını obrazlı şəkildə təqdim edib. Veriliş aparıcısı məmurlara ironiyalı şəkildə replika da atıb.
Bizim.Media proqramdakı çıxışı təqdim edir.
MÖVZU İLƏ BAĞLI:
Dünyaca məşhur fotoqraf Xudafərinin yeni fotolarını paylaşdı - FOTOLAR
“Özünüz mənə demədiz ki, Şuşada boş 2 hektar ərazim var, mənə villa tik? Məgər sizi məcbur etmişdim? İndi fikrinizi dəyişmisiz, əcəb eləmisiz, bunun mənə nə dəxli var? Beh qaytardı yoxdu, qəti...
Bir də ki, siz o boyda idarənin rəisisiz, ömrünüzdə beh qaytarmısız? Mən də qaytarmıram. İndi fikrinizi niyə dəyişirsiz ki? Sizdə nə zastavadı, nə filialdı, nə də idarədi...
Kiçik, xudmani, 6 mərtəbəli villa tikəcəkdik də... Nə var ki, burada? Gəlin bunun əvəzinə sizə Novxanıda villa tikim. Elə hasar qoyum ki, ora quş da uça bilməsin.
Necə? Novxanıda, Şüvəlanda var? Bəlkə sizin üçün Suqovuşanda, Ağdamda, Füzulidə, Cəbrayılda əntiqə villa tikim? Sizinki ağ oldu ya...
Xudafərin körpüsü həyətin içindən keçsin?Ordumuz oranı yeni işğaldan azad edib. İndi siz mənimsəmək istəyirsiz? Mən buna razı ola bilmərəm”.
Alçina Amilqızı, Bizim.Media