Şeyx: “Bu Allaha qarşı çıxmaq deməkdir”x9d  - FOTOLAR

Şeyx: “Bu Allaha qarşı çıxmaq deməkdir”x9d - FOTOLAR

Hazırda oxunan: Şeyx: “Bu Allaha qarşı çıxmaq deməkdir”x9d - FOTOLAR

106364
“İslam dinindən istifadə edərək insanları öldürmək Allaha və islama qarşı çıxmaq deməkdir. Terror hücumu həyata keçirən şəxslarə həm bu dünyada, həm də axirətdə cəzalarını çəkəcəklər”x9d.

Moderator.az-ın məlumatına görə, bu sözləri bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Fransada baş verən terror hadisəsi ilə bağlı keçirilən anım tədbirində deyib.

“Dünya ictimaiyyəti Azərbaycanda və digər ölkələrdə baş verən terror hadisələrinə lazımı qiymət vermədilər. 20 yanvar hadisələrində dövlət rəhbərləri bizim haqq səsimizi eşitmədilər. Bu səbəbdən də sonrakı terror hadisələri baş verdi. Livanda, Sinay yarımadasında və Fransada baş verən hadisələr həmin terrorun davamıdır”x9d.

Allahşükür Paşazadənin sözlərinə görə, bu gün dövlət rəhbərləri və din xadimləri birləşib öz qəti sözlərini deməlidir.

Fransanın Azərbaycandakı səfirliyində baş tutan anım tədbirində baş nazirin müavini Elçin Əfəndiyev, ABŞ, Fələstin, İordaniya, Kolumbiya, Avropa İttifaqının və digər ölkələrin səfirləri iştirak edirdilər. 


Fransa səfirliyinin qarşısında anım tədbiri 

Tədbir iştirakçıları səfirlikdə qoyulan xatirə kitabına ürək sözlərini yazıblar. Həmçini dövlət rəsmiləri, səfirlər və sadə insanlar səfirliyin qarşına gül dəstələri və əklilər qoyublar.

13 noyabrda Fransanın paytaxtı Parisdə 7 ayrı məkanda baş verən terror aktları nəticəsində 129 nəfər həyatını itirib. Hadisədən sonra Fransa prezidenti Fransua Olland ölkədə üç günlük matəm elan edib. 

Terroru isə İŞİD terrorçu qruplaşma öz üzərinə götürüb. Hazırda Fransa ordusu İŞİD terrorçularına qarşı əməliyyatlar həyata keçirir. İŞİD-in paytaxtı Rakka şəhərində qruplaşmanın strateji obyektlərinə hava zərbələrinin endirildiyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO