Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən peşəkar inkişaf layihələrinin davamı olaraq çap mediası subyektlərinin nümayəndələri üçün DHA, “Hürriyet” qəzetinin xəbər koordinatoru Fırat Karadenizin iştirakı ilə təlim keçirilib.
Bizim.Media xəbər verir ki, təlimdə Fırat Karadeniz “Çap mediasında yeni texnologiyaların tətbiqi: innovativ biznes modelləri, müasir inkişaf tendensiyaları”, “Çap mediasında yayımlanan məzmunun yeni formatlara uyğunlaşdırılması”, “Müasir oxucunun tələblərinə uyğun məzmunun təqdimatı” mövzularında təcrübəsini bölüşüb, təlim iştirakçılarının suallarını cavablandırıb.
Qarşılıqlı fikir mübadiləsi ilə zəngin olan təlimdə yeni media mühitində çap mediası subyektlərinin konvergensiya prosesinin aktiv iştirakçısına çevrilməsinin və çap mediasının müasir standartlara uyğunlaşdırılmasının əhəmiyyəti xüsusilə vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:35 / 25.11.2022
MEDİA çap mediası subyektləri üçün təlim KEÇİRDİ - FOTO
Hazırda oxunan: MEDİA çap mediası subyektləri üçün təlim KEÇİRDİ - FOTO
Hazırda oxunan: MEDİA çap mediası subyektləri üçün təlim KEÇİRDİ - FOTO
106325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.