Qadın cəzaçəkmə müəssisəsində 500 məhkum SAXLANILIR

Qadın cəzaçəkmə müəssisəsində 500 məhkum SAXLANILIR

Hazırda oxunan: Qadın cəzaçəkmə müəssisəsində 500 məhkum SAXLANILIR

106306

Azərbaycanda qadın cəzaçəkmə müəssisəsində 500 qadın məhkum saxlanılır. Digər yerlərdə olduğu kimi Azərbaycanda da qadınlara aid xarakterik bir neçə məsələlər var. 

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü çərçivəsində qadın məhkumların cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, bir qayda olaraq qadınlar yüngül cinayətlər törədir və bunlar adətən ailə həyatı, sosial durumu normal olmayan qadınlar olur:

"Bu həm də o deməkdir ki, onların hüquqi yardıma maddi gücü olmur və onlar vəkillər kollegiyasının yardımı ilə vəkil xidmətlərindən yararlanırlar. Araşdırmalar göstərir ki, qadın məhbusların əksəriyyəti ya özlərini, ya da əzizlərini zorakılıqdan müdafiə edərkən cinayət törədib həbsə düşüblər. Ona görə də qadın məhbuslara yardım etmək üçün hüquqi xidmətlərin olması vacibdir.

Əhəmiyyətli məsələ odur ki, qadınlar hətta cəzaçəkmə müəssisəsində olduqda belə özlərini güclü hiss etmələri üçün zəruri şərait yaradılır. Cəzaçəkmə müəssisəsinə ziyarətim zamanı mənə aydın oldu ki, burada cəza çəkən qadınların müxtəlif peşələrə yiyələnmək imkanı var. Buraya rəqəmsallaşma, maliyyə bilikləri ilə bağlı peşələr də əlavə edilməli, tədris olunmalıdır.
Çünki pul qazanmaq asan, onu düzgün idarə etmək çətindir. Qadınların cəzaçəkmə müəssisəsində gəlir əldə etmək bacarığına yiyələnməsi onların cəmiyyətə inteqrasiyasının ilkin mərhələsidir. Buna görə Ədliyyə Nazirliyini alqışlayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO