\

\"2 mindən çox direktor 2500 manat əmək haqqı alır\" - NAZİR 

Hazırda oxunan: \"2 mindən çox direktor 2500 manat əmək haqqı alır\" - NAZİR 

106288

Şagird sayı 2 mindən çox məktəblərdə dərs deyən direktorlarının aylıq maaşı 2000-2500 manat təşkil edir.

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, direktorlar gələcəkdə yüksək bal toplayan müəllimlər arasından seçiləcək:

"Məktəb direktorlarının 58%-nin maaşında artım görünür. Gələcək illərdə sertifikasiya prosesi direktorların işə qəbulu ilə əlaqələndiriləcək. Məktəb direktorları təyin olunanda onların təcrübəsi nəzərə alınır və uyğun məktəblərə işə götürülür".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO