Baş prokuror Kamran Əliyev intiharlarla bağlı xəbərlərin yayılmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Kamran Əliyev Elmi Məsləhət Şurasının iclasında intiharlarla bağlı bəzi hallarda məlumatların düzgün işıqlandırılmadığını qeyd edib.
"Bu halların geniş, təfərrüatları ilə işıqlandırılması intihar hallarının çoxalmasına gətirib çıxarır.
Biz bir müddət əvvəl jurnalistlərlə görüş təşkil etdik. Bu cür xəbərlərin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr apardıq və bu, öz nəticəsini verdi”,- deyə Kamran Əliyev qeyd edib.
Baş prokuror bildirib ki, ötən illə müqayisədə intihar hadisələrində azalma müşahidə olunur:
“Ötən ilin birinci yarım ili ilə müqayisədə intihar hadisələrində 30-50 fakt azalma qeydə alınıb.
Mətbuat artıq bu xəbərlərə həssaslıq nümayiş etdirir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:39 / 24.11.2022
“İntihar hallarının işıqlandırılması onların artmasına səbəb olur” – Baş prokurordan jurnalistlərə İRAD
Hazırda oxunan: “İntihar hallarının işıqlandırılması onların artmasına səbəb olur” – Baş prokurordan jurnalistlərə İRAD
Hazırda oxunan: “İntihar hallarının işıqlandırılması onların artmasına səbəb olur” – Baş prokurordan jurnalistlərə İRAD
106139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.