Tikinti obyektləri qazpaylayıcı şəbəkəyə qoşulmaya görə ödəniş edəcək

Tikinti obyektləri qazpaylayıcı şəbəkəyə qoşulmaya görə ödəniş edəcək

Hazırda oxunan: Tikinti obyektləri qazpaylayıcı şəbəkəyə qoşulmaya görə ödəniş edəcək

106132

Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidməti üçün ödəniş edəcəklər.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 
Ödənişin məbləği müvafiq metodologiya əsasında müəyyən ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO