Ağdamda 5 yaşlı qızı ilə itkin düşən anadan XƏBƏR VAR – Balakən rayonuna qaçıb-FOTO 

Ağdamda 5 yaşlı qızı ilə itkin düşən anadan XƏBƏR VAR – Balakən rayonuna qaçıb-FOTO 

Hazırda oxunan: Ağdamda 5 yaşlı qızı ilə itkin düşən anadan XƏBƏR VAR – Balakən rayonuna qaçıb-FOTO 

106120

Ağdamda 5 yaşlı qızı ilə birgə evdən gedən qadın haqqında bəzi təfaurratlar məlum olub. 

Belə ki, ailəsi tərəfindən itkin düşməsi barədə polisə məlumat verilən və axtarışda olan, 1997-ci il təvəllüdlü, Ağdam rayon Mirəşelli kənd sakini Təhminə Ağayeva ailəsi ilə əlaqə saxlayıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd sakinləri məlumat verib.  

Onların sözlərinə görə, T.Ağayeva ailə üzvləri ilə danışarkən bildirib ki, ailə qurmaq məqsədi ilə sevdiyi şəxslə Balakən rayonu ərazisinə gedib. 

Qeyd edək ki, T.Ağayeva əvvəllər ailəli olub. Həmin nikahdan beş yaşlı qızı var. Onun yeni münasibət qurduğu və qoşulub qaçdığı oğlanın hərbçi olduğu da deyilir.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO