Bakının bu ərazisində köhnə evlər sökülür – FOTO

Bakının bu ərazisində köhnə evlər sökülür – FOTO

Hazırda oxunan: Bakının bu ərazisində köhnə evlər sökülür – FOTO

106009

Bakı şəhəri Sabunçu rayonunda bir və iki mərtəbəli evlərin söküntüsünə başlanıb. Hazırda söküntü Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında aparılır. Sakinlər bildiriblər ki, bəzi vətəndaşlar aylıq 300 manat kirayə haqqı alaraq evlərdən çıxıblar. Köçmək istəməyən vətəndaşlarla danışıqlar aparılır.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Sabunçu Rayon İcra Hakimiyyəti yayıb.

Mənbə yazır ki, Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Sabunçu rayonunda da istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi və binaların sökülərək yerində yeni çoxmənzilli binaların inşa edilməsi istiqamətində işlər aparılır:
“Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən yaşayış binalarından sakinlərin köçürülməsi və sökülməsi işlərinə başlanılıb.

Bina sakinlərinin qarşılıqlı razılıq əsasında həmin binaların yerində müasir standartlara uyğun olaraq yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarından tam təmirli mənzillərlə təmin edilməsi, mənzildən imtina edən sakinlərə isə müvafiq kompensasiyaların verilməsi nəzərdə tutulub. Hər kvadrat metrə görə sakinlərə min manat ödənilməsi nəzərdə tutulub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO