İmişlidə arvadını öldürməyə cəhd edən kişi MƏHKƏMƏ QARŞISINDA 

İmişlidə arvadını öldürməyə cəhd edən kişi MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: İmişlidə arvadını öldürməyə cəhd edən kişi MƏHKƏMƏ QARŞISINDA 

105997

İmişli rayonunda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan Xanoğlan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

İttihama görə, bu il iyulun 21-də saat 06 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Xanoğlan Quliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO