Qubada tapılan kişi meyiti ilə bağlı RƏSMİ AÇIQLAMA 

Qubada tapılan kişi meyiti ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Qubada tapılan kişi meyiti ilə bağlı RƏSMİ AÇIQLAMA 

105994

Xəbər verdiyimiz kimi, Qubada dağlıq ərazidə kişi meyiti tapılıb.

Baş Prokurorluğun Mətbuat Xidməti ötən gün Qubada dağlıq ərazidə tapılan kişi meyiti ilə bağlı Bizim.Media-nın sorğusuna cavab verib.

Bildirilir ki, cari il oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü, Quba rayonunun Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda - dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır:

"Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər,o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO