Siyəzəndə avtomobil qəzası baş verdi - Şəhid atası xəsarət aldı

Siyəzəndə avtomobil qəzası baş verdi - Şəhid atası xəsarət aldı

Hazırda oxunan: Siyəzəndə avtomobil qəzası baş verdi - Şəhid atası xəsarət aldı

105973

Siyəzən rayonunun Məşrif kəndində kənd sakini, 34 yaşlı Murad Canlar oğlu Məmmədov idarə etdiyi "Lada Niva"markalı avtomobillə kəndin içərisində hərəkət edərkən qarşısına çıxan inəyi vurub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, heyvan yerindəcə tələf olub.

Nəticədə sürücü Murad Məmmədov və sərnişini, 52 yaşlı Şahlar Orucəli oğlu Məhərrəmov müxtəlif sıyrıq və xəsarətlərlə Siyəzən Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar. Onların vəziyyətlərinin stabil olduğu bildirilib.
Qeyd edək ki, qəzada xəsarət alan Ş.Məhərrəmov Vətən Müharibəsi şəhidi Elməddin Məhərrəmovun atasıdır. Fakt Siyəzən polis şöbəsində araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO