Gədəbəydə arvadını bıçaqlayan kişini ailə üzvləri döyüb öldürdü - DETALLAR

Gədəbəydə arvadını bıçaqlayan kişini ailə üzvləri döyüb öldürdü - DETALLAR

Hazırda oxunan: Gədəbəydə arvadını bıçaqlayan kişini ailə üzvləri döyüb öldürdü - DETALLAR

105802

Gədəbəy rayonu Düzyurd kənd sakini, 1959-cu il təvəllüdlü Vaqif Cəfərov döyülərək bədənin müxtəlif yerlərinin xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Bizim.Media-nın yerli bürosuna danışan DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun sözlərinə görə, Vaqif Cəfərov ailə üzvləri tərəfindən tərəfindən döyülüb. 

O, bundan qabaq həyat yoldaşı, 1963-cü il təvəllüdlü M.Cəfərovanı boynundan bıçaqlayaraq ona xəsarət yetirib:

“Ailə münaqişəsi zəminində Vaqif Cəfərov həyat yoldaşı, M. Cəfərovaya bıçaq xəsarətləri yetirib. Bundan sonra Vaqif Cəfərovun oğlu və gəlini onu döyərək bədən xəsarətləri yetiriblər. V.Cəfərov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir” - deyə E.Qasımov əlavə edib. 

Məlumat üçün bildirək ki, boynundan bıçaq xəsarətləri alan M.Cəfərovanın vəziyyəti kafi qiymətləndirilir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO