Qalmaqallı dərslikdə plagiat  - FOTOLAR

Qalmaqallı dərslikdə plagiat - FOTOLAR

Hazırda oxunan: Qalmaqallı dərslikdə plagiat - FOTOLAR

105737
Son dövrdə mətbuatda adı tez-tez hallandırılan 8-ci sinif dərsliyində yeni xoşagəlməz faktlar aşkarlanıb. Belə ki, şagirdlər əvvəlki siniflərdə keçdikləri mətnlər üzərində yenidən işləməli olurlar. 

Məsələn, 52-ci səhifədəki C.Məmmədquluzadənin “Buz”x9d mətni 4-cü sinif dərsliyinin 175-ci səhifəsində də verilmişdir. 

Ən maraqlı təkrarlanma faktı isə 93-cü səhifədə verilmiş “Sədaqətli dost”x9d mətni ilə bağlıdır. Bu mətndə Qarabağ uğrunda gedən döyüşdən bir epizod təsvir olunur. Bu kiçik mətndə durğu işarələri ilə bağlı buraxılmış səhvlərlə işimiz yoxdur (Hərçənd Azərbaycan dili dərsliyində dil qaydalarına zidd gedən istənilən səhv yolverilməzdir). Ən maraqlısı mətnə qoyulmuş sual və tapşırıqlardır:

12-ci tapşırıq. ”¦Əsas fikri “Bilirdim, gələcəksən”x9d mətninin ideyası ilə əlaqələndirin.

13-cü tapşırıq. “Bilirdim, gələcəksən”x9d mətnindən söz sırası pozulmuş 1-2 cümlə seçin.

Xatıqladırıq ki, söhbət “Sədaqətli dost”x9d mətnindən gedir. Bəs niyə tapşırıqda mətnin adı “Bilirdim, gələcəksən”x9d kimi verilib? Bax burada, necə deyərlər, xoruzun quyruğu görünür. Sən demə, 5-ci sinif dərsliyində eyni süjetli mətn verilib (səh.80-81) və bu mətnin adı “Bilirdim ki, gələcəksən”x9ddir.

Ortaya çoxlu suallar çıxır. Dərsliyin 4 müəllifi var. Tutaq ki, onların 4-cü sinifdə verilmiş “Buz”x9d hekayəsindən xəbərləri olmayıb (hərçənd olmalı idi). Bəs “Bilirdim ki, gələcəksən”x9d necə? Axı tapşırıqlarda səhvən onun adının çəkilməsi göstərir ki, müəlliflərin bu mətndən xəbərləri olub. Məgər mətn qəhətliyidir?... Yaxşı, tutaq ki, müəlliflər bir səhvdir, eləyiblər. Bəs dərsliyi qəbul edən, ona yüksək qiymət verən ekspertlər hara baxırdılar? Yəni onlar mətnlə tapşırıqlar arasındakı uyğunsuzluğu görmədilər? Yəqin ki, müəlliflər və ekspertlər bu suallara aydınlıq gətirəcəklər.
Qalmaqallı dərslikdə plagiat <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9654.jpg">Qalmaqallı dərslikdə plagiat <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9655.jpg">Qalmaqallı dərslikdə plagiat <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9656.jpg">Qalmaqallı dərslikdə plagiat <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9657.jpg">Qalmaqallı dərslikdə plagiat <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9658.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO