Yetkinlik yaşına çatmayanlara siqaret satan 501 şəxs məsuliyyətə cəlb olunub

Yetkinlik yaşına çatmayanlara siqaret satan 501 şəxs məsuliyyətə cəlb olunub

Hazırda oxunan: Yetkinlik yaşına çatmayanlara siqaret satan 501 şəxs məsuliyyətə cəlb olunub

105707

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır.

Bizim.Media xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır.

Cari ildə respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 10.835, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 501 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilmiş cərimələr 383.300 manat təşkil edib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO