Meşə fondu torpaqlarında 29 min ağac əkilib - FOTO 

Meşə fondu torpaqlarında 29 min ağac əkilib - FOTO 

Hazırda oxunan: Meşə fondu torpaqlarında 29 min ağac əkilib - FOTO 

105582

Meşə fondu torpaqlarında 29 000 ağac əkilib. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri bu gün Qəbələ, Quba, Şabran, Tovuz, Şəmkir, Şamaxı, Şəki, Sabirabad, Bərdə və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində meşə fondu torpaqlarının açıq və seyrək sahələrində hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 29 min ağac tingi əkilib, 3 500 kiloqramdan artıq toxum səpilib. 
Ölkə üzrə meşəbərpa tədbirləri davam edir. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO