Milli azlıqlar uşağa necə ad qoymalıdır?

Milli azlıqlar uşağa necə ad qoymalıdır?

Hazırda oxunan: Milli azlıqlar uşağa necə ad qoymalıdır?

105570
Azərbaycanda uşaqlara qoyulan adların siyahısında olan dəyişikliklər və qadağalar yalnız milliyyətcə azərbaycanlı olan şəxslərə aiddir. Azərbaycan vətəndaşlığını qəbul edən, başqa millətin nümayəndəsi olan şəxslər üçün bu qadağalar keçərli deyil.
 
Bunu Report-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib.
 
O bildirib ki, Azərbaycan əhalisinin 10 faizə yaxınını milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir: "Hər xalqın öz ad sistemi var. Biz Azərbaycanda yaşayan yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, ləzgilər, udilər, ruslar, molokanlar, ingiloylar və digər xalqların ad sisteminə qətiyyən müdaxilə edə bilmərik. Onlar Azərbaycan vətəndaşı olsalar da, öz millətlərinə məxsus adları övladlarına qoya bilərlər. Amma bu, azərbaycanlılar üçün keçərli deyil".
 
Professor qeyd edib ki, ad hər bir millətin kimliyini bildirir: "Azərbaycanlı olan şəxslərin məsələn, ingilis adı qoyması nə qədər düzgündür!?. Azərbaycan övladına "Qaliley", "Şekspir" kimi adların qoyulması milli dəyərlərə ziddir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO