ANAMA və DİN-dən əhaliyə müraciət

ANAMA və DİN-dən əhaliyə müraciət

Hazırda oxunan: ANAMA və DİN-dən əhaliyə müraciət

10557

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Sakinlərə naməlum və şübhəli əşyalara toxunmamaları, xüsusilə uşaqları tanımadıqları əşyalara əl vurmamaları və dərhal aidiyyəti üzrə 102 Xidməti - Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.

İşğaldan azad edilmiş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyi nəzərə alınaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətə qədər vətəndaşların bu ərazilərə daxil olmaları müvəqqəti olaraq qəti şəkildə qadağandır.

Vətəndaşların bu ərazilərə səfər etməkdən çəkinmələri artıq dərəcədə xahiş olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO