Yeni XİDMƏT - Arayışları elektron qaydada ala BİLƏCƏKSİNİZ 

Yeni XİDMƏT - Arayışları elektron qaydada ala BİLƏCƏKSİNİZ 

Hazırda oxunan: Yeni XİDMƏT - Arayışları elektron qaydada ala BİLƏCƏKSİNİZ 

105456

“Vətəndaşlarmız doğum və ölüm haqda məlumatları heç yerə getmədən mobil əhali tətbiqindən elektron qaydada ala biləcəklər”. 

Bizim.Media xəbər verir, bu sözləri Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Ədliyyə Nazirliyinin rəqəmsal ədliyyə yenilikləri ilə əlaqədar keçirilən tədbirdə bildirib. 

Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə mobil əhali sistemi tətbiq olunur və artıq 400 min istifadəçimiz var:

"Bundan əlavə, arayışların da elektron qaydada alınması imkanları yaradılıb. Vətəndaş şəxsi kabinetindən yalnız bir düymə ilə məlumatını almaq imkanı qazanacaq. Bu tətbiqin özəlliyi odur ki, vətəndaş əhalinin reyestrində bilavasitə iştirakçı olur. Vətəndaş həmçinin, mobil əhali tətbiqi vasitəsilə özü barədə məlumatlarda yaranmış yanlışlıqlaı da aradan qaldıra biləcək".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO