Paytaxtdakı 112 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin sinif yoldaşına qarşı fiziki zorakılığı ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatında bildirilir ki, hadisənin iştirakçıları olan şagirdlərə zəruri psixoloji xidmət göstərilib.
Məlumatda qeyd olunur ki, zərərçəkən şagird və onun valideynləri ilə görüş keçirilib, profilaktik söhbətlər aparılıb, şagirdin təhlükəsiz təhsil şəraitinin təmin olunduğu valideynlərinin nəzərinə çatdırılıb.
MÖVZU İLƏ BAĞLI:
Şagirdin döyüldüyü məktəbdən AÇIQLAMA - "Tənəffüs zamanı..." - VİDEO
Hadisənin iştirakçısı olan şagirdlərə nəzarətin gücləndirilməsi və aidiyyəti tədbirlərin görülməsi istiqamətində Bakı şəhəri 112 nömrəli tam orta məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, videogörüntüdə sinif yoldaşına xəsarət yetirən şagird ailəsinin təşəbbüsü və xahişi əsasında təhsilini hazırda Yevlaxdakı məktəblərin birində davam etdirir.
Onu da qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.
Bizim.Media