Azad edildiyi ilk günlərdə Ağdam şəhərinin xarabalığı 27 il gördüyü işgəncələrindən xəbər verirdi. Sözün əsl mənasında illərlə düşmənə sipər olan Ağdamdan qisas almışdılar sanki.
Bizim.Media xəbər verir ki, vahiməsi tük ürpədən Ruhlar Şəhəri demək olar ki, ruhlanır, canlanır, dirçəlməyə başlayır.
Fotolardan da göründüyü kimi, artıq hər xarabalığın - darmadağın edilmiş tikilinin arxasından müasir binalar, tikinti qurğuları, qaynaşan inşaatçılar boy qaldırır... Bir sözlə, Ağdamın daş asılmış qara taleyinə aydınlıq gətirən Ali Baş Komandanın xüsusi diqqəti ilə inşa edilir.
Burada görülən işləri görüb Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovdan söz açmamaq böyük diqqətsizlik olar.
O, tədbirlərin birində, ağdamlılar önündə çıxış edərkən özünü ağdamlı hesab etdiyini, buranı ağdamlılar qədər sevdiyini dilə gətirmişdi.
Ümumiyyətlə tutduğu məsuliyyətli vəzifənin nə qədər ağır olduğuna baxmayaraq, şəhərə ziyarətə gələn ziyalıları, rəsmiləri, şəhid ailələrinin üzvlərini və qaziləri hörmətlə qarşılayaraq onlara böyük diqqət göstərir.
Altı mindən çox igidin qanı tökülən şəhərdə canlanma, surətlə aparılan tikinti-quruculuq işləri qabarıq şəkildə nəzərə çarpır. Bir sözlə, Ağdam öz sakinlərinə qucaq açmağa başlayıb. Özü də daha güclü və daha müasir...
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:26 / 20.11.2022
Doğma Ağdam iki ildir azaddır - FOTO
Hazırda oxunan: Doğma Ağdam iki ildir azaddır - FOTO
Hazırda oxunan: Doğma Ağdam iki ildir azaddır - FOTO
105352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.