Dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Deqati Vətən müharibəsi nəticəsində işğaldan azad olunan əzəli torpaqlarımızda erməni vandalizminin nəticələrini lentə alır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata ki, Deqati viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün növbəti dəfə Azərbaycanda səfərdədir.
MÖVZU İLƏ BAĞLI:
Reza Deqati Natavanın qəbrində gördüyü mənzərədən yazdı: "Ən böyük sarsıntı..." - FOTO
O artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alaraq dünya mətbuatında işıqlandıra bilib.
Budəfəki səfərində Kəlbəcər rayonunda olan tanınmış fotoqraf rayon polis şöbəsinin qonağı olub. O, rayonda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edib.
Tanınmış fotoqraf daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməsinin onda xoş təəssürat yaratdığını bildirib, bir neçə foto və video hazırlayıb, polis əməkdaşlarının xidməti şəraiti ilə tanış olub.
Bizim.Media