Ağdamın azad olmasından iki il ötür - VİDEO

Ağdamın azad olmasından iki il ötür - VİDEO

Hazırda oxunan: Ağdamın azad olmasından iki il ötür - VİDEO

105308

Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən iki il ötür.

Bizim.Media xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam azad olunub.

Belə ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb.

Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.
44 günlük Vətən müharibəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO