Balanssız və qeyri-sağlam pəhriz səbəbilə yaranan vitamin çatışmazlığı unutqanlığa yol açır. Bir çox insanın tez-tez qarşılaşdığı bu problemin qarşısı bəzi qidalar vasitəsilə alına bilər.
Bizim.Media “medicina.az”a istinadən beyin və yaddaşın güclənməsi üçün faydalı olan məhsullarla bağlı məlumatları təqdim edir:
Balıq - beyin funksiyalarında Omeqa 3 əhəmiyyətli mövqe tutur. Qızılbalıq bu vitaminlə zəngin olan dəniz məhsullarından biridir. Bununla yanaşı skumbriya, hamsi, sardinya, siyənək də bu mineralla zəngin olan balıqlardandır.
Qaragilə - antioksidan maddəsi ilə zəngindir. “Altsheymer” və unutqanlığa qarşı faydalıdır.
Tünd şokolad - yüksək kakao və antioksidan tərkiblidir. Diqqəti artırır, yaddaşı gücləndirir.
Balqabaq - əhval-ruhiyyəni yaxşılaşdırır. Yuxusuzluq və depressiya vəziyyətində rahatlamağa kömək edir.
Çuğundur - tərkibində uzunmüddətli yaddaşı canlandırmaq üçün lazım olan polifenollar var. “Altsheymer” xəstəliyinin müalicəsi üçün faydalıdır. Qırmızı soğan da bura aid edilə bilər.
Kərəviz - E vitamini ilə zəngindir. Tərkibində B qrupu vitaminləri və Fol turşusu var. Yaddaşı gücləndirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:29 / 20.11.2022
Yaddaşı gücləndirən qidalar – SİYAHI
Hazırda oxunan: Yaddaşı gücləndirən qidalar – SİYAHI
Hazırda oxunan: Yaddaşı gücləndirən qidalar – SİYAHI
105306
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.