“YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.
Şəhidimiz Elfaq Nağıyevin atası Azad Nağıyevin, Eltun Qasımovun atası Vüqar Qasımovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Bu barədə Bizim.Media-ya Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) bildirilib.
MÖVZU İLƏ BAĞLI:
"YAŞAT"a indiyədək daxil olan vəsait açıqlandı
Məlumatda qeyd olunur ki, şəhidimiz Tural Qarayevin anası Səmayə Qarayevanın və həyat yoldaşı Durdana Qarayevanın da əməliyyat xərcləri Fond tərəfindən təmin ediləcək.
Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
Alçina Amilqızı, Bizim.Media