Xaçmazda Ədliyyə Nazirliyinin mərhum generalı ANILDI - FOTO 

Xaçmazda Ədliyyə Nazirliyinin mərhum generalı ANILDI - FOTO 

Hazırda oxunan: Xaçmazda Ədliyyə Nazirliyinin mərhum generalı ANILDI - FOTO 

105292

Xaçmazda Ədliyyə Nazirliyinin mərhum idarə rəisi, ədliyyə general mayoru Zavər Qafarovun anım mərasimi keçirilib.

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, əvvəlcə vəfatının bir ili tamam olan mərhum Zavər Qafarovun rayonun Qobuqırağı kənd qəbiristanlığında məzarı ziyarət edilib, xatirəsi anılıb.

Sonra rayonun Yergüc kəndindəki "Buduq Etnoqrafiya" Muzeyində Ədliyyə Nazirliyinin əməkdaşı Xuraman Məmmədovanın Zavər Qafarova həsr etdiyi "Mən də sizin kimi, bir gün var idim" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözləri ilə açan Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cəlaləddin Budadoğlu Zavər Qafarovun uzun illər Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi kimi dövlətə vicdan və sədaqətlə xidmət etməsindən danışıb.

Çıxışlarda da mərhum idarə rəisini hörmət və ehtiramla anaraq onun dövlətçiliyin qorunmasında müstəsna qulluq uğurlarından söz açılıb.

Baş Ədliyyə müşaviri Zülfəli Hacıyev Zavər Qafarovun  Azərbaycanın ədliyyə tarixində özünəməxsus iz qoyduğunu deyərək xatirəsini anan hər kəsə təşəkkür edib.

Zavər Qafarovun yaxın qohumu, jurnalist Emin Kərimov Bizim.Media-ya məlumat verib ki, ədliyyə generalının anım mərasimində Zavər Qafarovun qudası,əməkdar artist Cavanşir Məmmədov da iştirak edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO