İsmayıllıda QƏZA – Piyadanı maşın vurdu

İsmayıllıda QƏZA – Piyadanı maşın vurdu

Hazırda oxunan: İsmayıllıda QƏZA – Piyadanı maşın vurdu

105289

İsmayıllıda görmə məhdudiyyətli ərazidə qəza baş verib.

Faktı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.

Məlumatda qeyd olunub ki, Arif Mirzəyevin idarə etdiyi "Toyota" markalı avtomobil yolu keçmək istəyən piyada - 43 yaşlı Mərdan Əhmədovu vurub. Nəticədə Mərdan Əhmədov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisə yerinə ilkin baxış keçirildikdən sonra piyadanın sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO