Qarabağda yataqların diaqnostikasına başlanılacaq - Xidmət rəisi

Qarabağda yataqların diaqnostikasına başlanılacaq - Xidmət rəisi

Hazırda oxunan: Qarabağda yataqların diaqnostikasına başlanılacaq - Xidmət rəisi

10528

İşğaldan azad edilmiş ərazilərimizdə ilkin mərhələdə 1993-cü ilədək mövcud olan faydalı qazıntı yataqlarının, mineral xammal yataqlarının, yeraltı su ehtiyatlarının təşftişi, diaqnostikası aparılacaq.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişlərində Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Sülhməramlıların nəzarətindəki ərazilərdə qızıl yataqlarını hansı dövlət istismar edəcək?- Nazirlikdən cavab


Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər aparılır. İlkin qiymətləndirmə işlərinə başlanılıb.

Ə.Əliyev qeyd edib ki, bu qiymətləndirmədən sonra işğalçıların vurduqları ziyan və qalıq ehtiyatlar, perspektiv istiqamətlər müəyyən ediləcək. Bunun əsasında bu ehtiyatlardan səmərəli istifadə edilməsi üçün təkliflər hazırlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO